Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlunun ustad dərsi

Oxumağa davam et

Advertisements

“Folklor” dərnəyinin üzvləri Təşəkkürnamələrlə təltif edildi

Filologiya fakültəsi Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkil etdiyi “Türk xalqlarında  Novruz” adlı tədbirdə fəal iştirak edən tələbələr təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnamələr rektor, akademik Abel Məhərrəmovun imzası ilə hazırlanıb. “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının müdiri professor Səhər Orucova təşəkkürnamələrin hazırlanmasında əziyyəti keçən, eləcə də tədbirin təşkilində dəstəyi olan  rəhbərliyə minnətdarlığını bildirib. Daha sonra kafedra müdiri tədbirin hazırlanması prosesini vurğulayaraq tələbələrin bu işin öhdəsindən layiqincə gəldiyini söyləyib. Türk xalqlarının – Türkiyənin, Özbəkistanın, Qırğızıstanın, Tükmənistanın, Qazaxıstanın  Azərbaycandakı səfirliklərinin də bu tədbirə dəstək olduğunu söyləyən Səhər xanım həm səfirliyin nümayəndələrinə, həm də tədbirin ərsəyə gəlməsində əməyi olan müəllim və tələbə heyətinə də təşəkkürünü bildirib. Kafedranın müəllimləri – dosentlər Etibar Talıblı, Könül Həsənova, Kəmalə İslamzadə, Məhəmməd Məmmədov tələbələrin bacarıqlarının üzə çıxarılmasında bu cür tədbirlərin önəmindən, vacibliyindən söz açıblar. Tələbələr də öz təəssüratlarını bölüşüblər.  Sonda Təşəkkürnamələr tələbələrə təqdim edilib.  Qeyd edək ki, 16 mart 2018-ci il tarixində baş tutan bu tədbirdə 7 türk xalqının Novruz ənənələri əks olunub. Tələbələr hər xalqın adət-ənənəsini, ədəbiyyatını əks etdirən səhnəciklər göstəriblər. Tədbirdə “Folklor” dərnəyinin 29 üzvü fəal iştirak edib.

IMG-20180531-WA0018.jpg

Doktorant Jalə Nağıyeva ikinci elmi rəhbəri ilə görüşüb

Azərbaycan  şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Jalə Nağıyeva dissertasiya mövzusu ilə bağlı Qırğızıstanda  səfərdə olub. Jalə Nağıyeva öncə  Azərbaycanının Qırğızıstandakı  səfirliyində olub. Azərbaycanın Qırğızıstandakı səfiri  Hidayət Orucov doktorantı qəbul edib. Səfirliyin köməkliyi ilə doktorant Qırğızıstanın kitabxana və universitetlərinə gedib. Doktorant Qırğızıstan Respublikasının Elmlər Akademiyasında olub, ikinci elmi rəhbəri olan Qırğızıstan Respublikasının Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abduldajan Akmatalıyevlə görüşüb. Görüşdə  akademik Abduldajan   Akmatalıyev doktorantın  işi ilə tanış olub, məsləhətlərini verib. Doktorant Qırğız-Türk Manas Universitetinin prorektoru  professor Anvarbek Mokeev ilə görüşüb, universitetin  professor və müəllim heyəti ilə tanış olan doktorant Mərkəzi  kitabxanada mövzusu ilə əlaqədar olaraq, lazımlı ədəbiyyatları əldə edib.  Doktorant  İssukkul gölünə gedib, Karalayev, Ayçürök abidələri ilə, Çingiz Aytmatov adına “Ruh Ordo” incəsənət mərkəzi ilə  yaxından tanış olub. Doktorantın səfəri Azərbaycanın Qırğızıstandakı səfirliyinin Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar təşkil etdiyi tədbir vaxtına təsadüf edib. Jalə Nağıyeva tədbirin təəssüratlarını da bölüşüb. Doktorantın sözlərinə görə, tədbir yüksək səviyyədə təşkil olunub. Qeyd edək ki, doktorantın birinci elmi rəhbəri Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucovadır. Doktorant 3 ildir “Azərbaycan və qırğız epik folklorunda mifoloji obrazlar” mövzusunda tədqiqat işləri aparır.

AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI KAFEDRASININ AÇIQ DƏRSLƏRİ SİLSİLƏSİNDƏN

 

 

AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI KAFEDRASININ AÇIQ DƏRSLƏRİ SİLSİLƏSİNDƏN

Mayın 4-ü Filologiya fakültəsində “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının dosenti Könül Həsənovanın iki açıq dərsi olub. Dosent Könül Həsənova “Azərbaycan dastanları”  fənnindən “ Məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar: “Şah İsmayıl”,  “Novruz və Qəndab”, “Məhəmməd və Güləndam” dastanları” mövzusundakı mühazirəsinə   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Azərbaycan aşıq sənəti” kafedrasının müəllimi Ustad Aşıq Altay Məmmədov və  Ustad Aşıq Bəhmən Göyçəli dəvət olunub. Aşıqlarımız tərəfindən dastanlar səsləndirilib. Bundan əlavə, dərsdə   Aşıq Ələsgər haqqında da maraqlı məlumatlar verilib. Bununla yanaşı, mühazirə müəllimi Könül Həsənova və ustad aşıqlar tərəfindən aşıq ədəbiyyatının nəzəri cəhətləri izah edilib. Dərsin sonunda tələbələr müəllim və aşıqlara suallar ünvanlayıblar.

Digər açıq dərs isə “Azərbaycan mifologiyası” fənnindən “Azərbaycan mifoloji düşüncəsində şamanizm. Gizli təbiət qüvvələrinə inam” mövzusunda olub. Dərsdə mövzu ilə bağlı bəzi rituallar əyani şəkildə tələbələr tərəfindən göstərilib, dərs üçün  xüsusi hazırlanmış şaman geyimlərinin (manyak) və qavalın  elmi izahı verilib. Məşğələ tələbələrin mövzu ətrafında elmi diskussiyası ilə davam edib.

Aşıq Cahangir Quliyevin ustad dərsi

 

Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının tədris yükünə daxil olan “Azərbaycan dastanları”  fənnindən dosent Könül Həsənovanın “Aşıq Qərib” dastanı . “Tahir və Zöhrə” dastanı” mövzusundakı mühazirəsinə  Aşıq Cahangir Quliyev dəvət olunub. Aşıq Cahangir Quliyev 1960-cı il aprelin 4-də Gədəbəy rayonunun Şınıx mahalının Çayrəsullu kəndində aşıq Sənanın ailəsində dünyaya gəlib. Aşıq Cahangir klassik havaları mükəmməl çalıb oxumaqla yanaşı, həm də mahir dastançı aşıqdır. Dosent Könül Həsənova  dastanların nəzəriyyə hissəsini danışaraq tələbələri Ustad Aşıq Cahangir Quliyevin ifasında “Aşıq Qərib” və  “Tahir və Zöhrə” dastanlarının məzmunu ilə əyani şəkildə tanış edib. Sonda tələbələr mövzu ilə bağlı müəllim və aşığa suallarını verib, təəssüratlarını paylaşıblar.

“Ədəbiyyat” klubunun kitab müzakirəsi

 

Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin tərkibindəki “Ədəbiyyat” klubunun növbəti müzakirəsi keçirilib. Bu dəfə müzakirə obyekti Antuan dö Sənt Ekzüperinin “Balaca şahzadə”, Rabindranat Taqorun “Alver” və Qabriel Qarsio Markesin “Dünyanın ən gözəl ölüsü” əsərləri olub. Müzakirə iştirakçıları əsərlər haqqında öz təəssüratlarını bölüşüb və aralarında yaranan fikir ayrılıqlarına aydınlıq gətiriblər. Görüşdə təkcə əsərlər deyil, həm də yazıçıların maraqlı həyat hekayələri də müzakirə olunub. Belə ki, A. Ekzüperinin bu əsərində təsvir etdiyi təyyarə qəzasının öz başına gəlməsi və bu qəza nəticəsində həyatını itirməsi, Q. Markesin həyatının son anlarını necə keçirməsi və R. Taqorun Nobel mükafatı məsələsi kimi maraqlı faktlar ayrı-ayrı iştirakçılar tərəfindən nəzərə çatdırılıb. Ümumilikdə isə müzakirə çox canlı və qızğın şəkildə keçib. Gələcəkdə G. Mopassan və C. Oruelin əsərlərinin müzakirəsi qərarlaşdırılıb.

 

“İSTEDADLAR SORAĞINDA”

Filologiya fakültəsində ikinci Çərşənbə- Od Çərşənbəsi münasibətilə “İstedadlar sorağında” adlı tədbir “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının təşkilatçılığı keçirilib.  Tədbir  Filologiya fakültəsinin tələbələri Əliqulu Bədirli, Xəlidə Qocazadə, Aynur Əliyevanın aparıcılığı ilə  baş tutub.   “Folklor” dərnəyinin üzvləri – Filologiya fakültəsinin tələbələri Elnur Soltanov, Cavid Quluyev, Rüfət Qarayev, Cəmil Cəmilbəyli, Ləman Abbaslı, Natəvan Əhmədli, Nigar Əliyeva, Aysel Həsənli, Səmra Həsənzadə, Röya İsmayılzadə, Fəridə Umudova, Kimya fakültəsinin I kurs tələbəsi Afiq Mikayılzadə öz istedadlarını nümayiş etdiriblər. “Asəf Zeynallı adına musiqi məktəbinin” tələbələri Cəlal Əliyev, Xaqani Niftəliyev, Rövlan Hacıyev gözəl səsləri ilə tədbiri rövnəqləndiriblər.  Tələbələrin ifasında  bir-birindən gözəl mahnılar, şeirlər səsləndirilib, səhnəciklər, kompozisiyalar göstərilib. İfalar “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının magistrantları tərəfindən qiymətləndirilib.

DSC_0127.JPG

Введите подпись

“Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində professor Kamran Əliyevin ustad dərsi keçirilib

Noyabrın 6-sı Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının 2016-cı ildən həyata keçirtidiyi “Alimlərimizi tanıdaq” layihəsi çərçivəsində mühazirə keçirilib. Filologiya fakültəsinin  I kursu 103 və 104-cü qruplarında “Azərbaycan şifahi xalq ədəbiyyatı” fənninin mühazirə müəllimi professor  Səhər Orucova “Kitabi-Dədə Qorqud” dastanı” mövzusundakı dərsinə bu dast

anın araşdırmaçılarından biri, “Açıq kitab – “Dədə Qorqud” kitabının müəllifi, AMEA-nın müxbir üzvü, professor Kamran Əliyevi  dəvət edib. Professor Kamran Əliyev “Kitabi-Dədə Qorqud” dastanı” ilə bağlı bu günə kimi açılmayan məqamları, bir çox tədqiqatçıların üstündən keçdiyi, fikir vermədiyi, adi hesab etdiyi məqamları tələbələrin diqqətinə çatdırıb.  Sonda tələbələr dastanla bağlı suallarını tədqiqatçıya ünvanlayıb, 103-cü qrupun məşğələ müəllimi dosent Könül Həsənova, kafedranın digər müəllimləri  dosent Etibar Talıblı, dosent Kəmalə İslamzadə Kamran müəllimin keçdiyi mühazirədən, eyni zamanda, “Açıq kitab – “Dədə Qorqud” kitabının praktik əhəmiyyətindən danışıblar. Professor Kamran Əliyev ən maraqlı suala görə, I kurs tələbəsi Dünya İsmayılovaya öz kitabını hədiyyə edib.

 

“Ədəbiyyat” klubunda Kafkanın “Çevrilmə” və Haruki Murakaminin “Zamzanın eşqi” hekayələrinin qarşılıqlı təhlili

2 noyabr 2017-ci il tarixində, Filologiya fakültəsi Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrası nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin tərkibindəki “Ədəbiyyat” klubunun Kafkanın “Çevrilmə” və Haruki Murakaminin “Zamzanın eşqi” hekayələrinin qarşılıqlı təhlili fonunda ilk toplantısı keçirilib. Müzakirəni giriş sözü ilə açan fakültənin dekanı dosent Elçin Məmmədov gənclərin mütaliəyə alışdırılması və onlarda müstəqil fikir yürütmə qabiliyyətinin formalaşdırılması, həmçinin ədəbiyyata olan marağın artırılması baxımından belə bir klubun fəaliyyətə başlamasını yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova “Folklor” dərnəyi barədə tələbələrə məlumat verib və “Ədəbiyyat” klubunun məhz “Folklor” dərnəyi tərkibində fəaliyyətə başlamasının vacibliyini vurğulayıb. O qeyd edib ki, yarandığı qısa müddət ərzində “Folklor” dərnəyi çox böyük uğurlara imza atıb və bu uğurlara “Ədəbiyyat” klubunun da yenilərini qatacağına inandığını bildirib. Tədbirdə “Ədəbiyyat” klubu layihəsini irəli sürən  III kurs tələbəsi Aqil Bəkirli, dərnəyin fəal üzvləri Elnur Soltanov, Əliqulu Bədirli, Şəms Həmzəyeva və Elvin İsrafilov da çıxış ediblər.

Çıxışlardan sonra müzakirə əsnasında Kafkanın “Çevrilmə” əsərində ortaya qoyduğu problemə H. Murakaminin fərqli baxış sərgilədiyi dilə gətirilib və bu fərqli baxışın nədən qaynaqlanması sualı klub üzvləri arasında səmimi bir fikir mübadiləsinin yaranmasına səbəb olub.